Prezident İlham Əliyev AMEA-nın həqiqi və müxbir üzvlərinin aylıq rütbə maaşlarını artırıb


Digərləri 17 Okt 2018 18:07:00 255 0

Prezident İlham Əliyev AMEA-nın həqiqi və müxbir üzvlərinin aylıq rütbə maaşlarını artırıb

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvlərinin aylıq rütbə maaşlarının artırılması haqqında sərəncam imzalayıb.

Bakı. Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi və müxbir üzvlərinin aylıq rütbə maaşlarının artırılması haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, 2018-ci il noyabrın 1-dən Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərinin aylıq rütbə maaşları 2000 manat və müxbir üzvlərinin aylıq rütbə maaşları 1200 manat məbləğində müəyyən edilsin. “Azərbaycan Milli Elmlər Akademiyası işçilərinin əmək haqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 01 iyul tarixli 967 nömrəli sərəncamının 2-ci hissəsi ləğv edilir. Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll edəcək. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin