Qaşıqçının qətlində şübhəlilərdən birinin şahzadə ilə


Dünya 17 Okt 2018 17:36:00 230 0

Qaşıqçının qətlində şübhəlilərdən birinin şahzadə ilə

Jurnalist Camal Qaşıqçının yoxa çıxmasında şübhəli bilinənlərdən birinin Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman əl Saudla əlaqəsi ortaya çıxıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Qaşıqçının yazarı olduğu "Washington Post" yeddi şübhəlinin pasportunu paylaşsa da, ad və fotolarını gizlədib. Lakin "The New York Times"  onlardan beşinin kimliyini təsbit edib. Həmin səudiyyəlilərdən birinin şahzadəni bəzi səfərlərdə müşayiət edən komandanın tərkibində yer aldığı məlum olub. 

Belə ki, Maher Əbdüləziz Mutreb adlı şəxsin 2017-ci ildə Səudiyyənin Londondakı səfirliyinə təyinat alan diplomat olduğu və vəliəhdin böyük ehtimalla cangüdəni qismində səfərlərə çıxdığı qeyd edilir. O, şahzadənin Paris, Madrid, Hyuston, Boston və bu il BMT-nin qərargahına etdiyi səfərlər zamanı çəkilən fotolarında yer alıb. 


Xəbərə aid fotolar