Agentlik: Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan "Əqli mülkiyyətin qorunması" göstəricisi üzrə MDB-də 1-ci yer tutur


Digərləri 17 Okt 2018 17:39:14 215 0

Agentlik: Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan "Əqli mülkiyyətin qorunması" göstəricisi üzrə MDB-də 1-ci yer tutur

Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan "Əqli mülkiyyətin qorunması" göstəricisi üzrə MDB-də 1-ci yer tutur.

Bakı. Elçin Mehdiyev - Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan "Əqli mülkiyyətin qorunması" göstəricisi üzrə MDB-də 1-ci yer tutur. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Əqli Mülkiyyət Agentliyinin Dünya İqtisadi Forumunun 2018-ci il üçün nəşr olunan Qlobal Rəqabətlilik Hesabatı (GCI-2018) ilə əlaqədar şərhində deyilir. Qeyd olunur ki, Dünya İqtisadi Forumunun açıqladığı GCI-2018 üzrə ölkələrin rəqabətqabiliyyətlilik reytinqinə uyğun olaraq Azərbaycan 69-cu yeri tutub: "Reytinqin hesablamaları əvvəllər tətbiq olunan metodikadan xeyli dərəcədə fərqlənən yeni metodika əsasında həyata keçirilib. Reytinq 12 mövqe üzrə tərtib edilir və əqli mülkiyyət mövqeyi nəzərindən 1-ci mövqe - “Təsisatlar” vacib əhəmiyyətə malikdir. “Təsisatlar” mövqeyində “Əqli mülkiyyətin qorunması” göstəricisi üzrə Azərbaycan 4.8 bal yığaraq 36-cı yerdə qərarlaşıb (ötən il 37-ci yeri tutub). “Əqli mülkiyyətin qorunması” göstəricisi üzrə Azərbaycan MDB dövlətləri arasında 1-ci yer tutur və müvafiq olaraq Ermənistandan 30, Gürcüstandan isə 54 pillə irəlidədir və Cənubi Qafqaz ölkələri arasında şəksiz liderdir. Müqayisə üçün qeyd edək ki, Rusiya Federasiyası 85-ci, Ukrayna isə - 114-cü yerdədir".