Azərbaycan XİN-dən Kəlbəcərdə "Sidney" adlı qəsəbənin salınması məsələsinə münasibət


Digərləri 17 Okt 2018 17:25:00 244 0

Azərbaycan XİN-dən Kəlbəcərdə "Sidney" adlı qəsəbənin salınması məsələsinə münasibət

Azərbaycanın işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən məskunlaşmanın aparılması, demoqrafik vəziyyətin dəyişdirilməsi beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır.

Bakı. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənsitan kütləvi informasiya vasitələrində Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda "Sidney" adlı qəsəbənin salınması, həmçinin Araz çayı boyunca işğal olunmuş rayonlarla Ermənistanı birləşdirən yeni yolun çəkilməsi barədə yayılan məlumatlara münasibət bildirib. Nazirliyin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, danışıqlar prosesinin ruhuna, MDB-nin Düşənbə sammiti əsnasında aparılmış müzakirələrə zidd olaraq Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətin davam etdirilməsi münaqişənin həlli istiqamətində beynəlxalq səylərə xələl gətirir: "Bu kimi əməllər Ermənistanın sözü ilə əməlləri arasında ziddiyyətin olduğunu, bu ölkənin qeyri-konstruktivliyini və münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmadığını növbəti dəfə nümayiş etdirir".