Dibala Manchester United-ə qarşı oynamaya bilər


İdman 17 Okt 2018 17:11:00 267 0

Dibala Manchester United-ə qarşı oynamaya bilər

Juventus-un argentinalı hücumçusu Paulo Dibala zədələnib.

Goal.az xəbər verir ki, ötən gün Argentina ilə Braziliya arasında keçirilən yoldaşlıq oyunu zamanı Juventus-un hücumçusu Paulo Dibala dizindən zədələnib. Argentinalı futbolçu meydanı 58-ci dəqiqədə tərk etməli olub. Juventus-un hücumçusu Genoa ilə oyunu Manchester United-lə oyuna qədər zədəsini sağaltmaq üçün buraxmalı olacaq.

Xatırladaq ki, Juventus Manchester United-lə oktyabr ayının 23-ü qarşılaşacaq.