Bir ev uçdu, hasar dağılaraq yola töküldü


Digərləri 17 Okt 2018 16:42:00 258 0

Bir ev uçdu, hasar dağılaraq yola töküldü

Bayılda daha bir ev dağıldı. Son.az ARB TV-yə istinadən xəbər verir ki, Bayıl qəsəbəsinin Amfiteatr ərazisində Buxta küçəsində yenidən uçqun sürüşmə hadisəsi baş verib.  Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, nəticədə 9 nömrəli ev tamamilə dağılıb, bir neçə evin divarlarında çatlar əmələ gəlib. Bundan başqa Bibiheybət istiqamətində avtomobil yolunun kənarında qoruyucu divar dağılaraq asfalta tökülüb. Bu prosesin sürüşmə ilə bağlı olub-olmadığı hələlik bildirilmir. Nazirliyin qərərgahından verilən məlumatda bildirilir ki, Badamdar sürüşmə zonasında hadisə ilə əlaqədar uçqunların davam edəcəyi gözlənilir.

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid fotolar