Qaradağ Rayon İcra Hakimiyyətində hesabat yığıncağı keçirilib


Digərləri 17 Okt 2018 16:48:33 280 0

Qaradağ Rayon İcra Hakimiyyətində hesabat yığıncağı keçirilib

Qaradağ Rayon İcra Hakimiyyətinin 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

Bakı. Qaradağ Rayon İcra Hakimiyyətinin 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 9 oktyabr 2018-ci il tarixli iclasındakı nitqindən irəli gələn vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib. Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, yığıncağın işində Qaradağ RİH başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı, Yap Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Şuranın üzvləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. S.Mikayılov, A.Hüseynov, Şuranın üzvləri Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Hesabat məruzəsi ilə çıxış edən S.Mikayılov bildirib ki, Nazirlər Kabinetinin 2018-ci ilin 9 ayında ölkədə sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısı geniş nitqində ölkəmizin əldə etdiyi yüksək nailiyyətləri vurğulayıb. Belə ki, 2018-ci ilin doqquz ayında ölkəmizdə makroiqtisadi sabitlik qorunub saxlanılıb, hesabat dövründə iqtisadiyyatın davamlı inkişafı nəticəsində qeyri-neft sektoru 1 faiz, kənd təsərrüfatı isə 4,3 faiz artıb. Doqquz ayın yekunu üzrə ölkənin valyuta ehtiyatları 45 milyard dollar səviyyəsinə çatıb, ticarət dövriyyəsi 37 faiz artıb. 9 ay ərzində 85 min daimi iş yeri yaradııb. Hesabat nitqində rayon İcra Hakimiyyətinin başçısı S.Mikayılov Qaradağ rayonunun sosial-iqtisadi həyatında da yanvar-sentyabr ayları ərzində görülən işləri vurğulayaraq bildirib ki, sənaye sahəsində 793 mln 430 min manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib, nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 58 mln 499 min manat həcmində xidmət göstərilib, əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,8 faiz artıb. Bundan əlavə 2018-ci ilin yanvar-sentyabr aylarında rabitə müəssisələri tərəfindən 146 min manat həcmində xidmət göstərilib, əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,2 faiz artıb, istehlak bazarı dinamik inkişaf etməkdə davam edib və pərakəndə ticarət şəbəkəsindən rayon əhalisinə 1 milyard 185 mln 487 min manatlıq istehlak malları satılıb.