Qaxda ağacdan yıxılan 21 yaşlı oğlan öldü
Digərləri 17 Okt 2018 16:24:00 206 0
Qax rayonunda qoz ağacından yıxılan 21 yaşlı gənc aldığı xəsarətlərdən ölüb.
Son.az report-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Güllük kəndi ərazisində baş verib.
Kənd sakini, 1997-ci il təvəllüdlü Elşad Ələkbər oğlu Mirzəyev ağacdan yıxılaraq ağır xəsarət alıb. Yaxınlarının köməkliyi ilə xəstəxanaya aparılan E.Mirzəyev yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: milli.az