Bakıda vətəndaşları aldadan şirkət rəhbərinin məhkəməsi başladı


Digərləri 17 Okt 2018 16:21:00 190 0

Bakıda vətəndaşları aldadan şirkət rəhbərinin məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və vergidən yayınmaqda təqsirləndirilən Xanlar Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və vergidən yayınmaqda təqsirləndirilən Xanlar Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Trend-in məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. X.Cəfərovun vəkilləri vəsatətlə çıxış edərək bildiriblər ki, zərərçəkmişlərə dəymiş ziyan ödənilib və buna görə də müvəkkilinin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilsin.