Tərtərdə yol qəzası:


Digərləri 17 Okt 2018 16:19:00 274 0

Tərtərdə yol qəzası:

Tərtər rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Son.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Sarıcalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, Mingeçevir şəhər sakini Sübhü Abbasovun idarə etdiyi İSUZU markalı yük maşını ilə "VAZ-21015" markalı avtomobil toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü, rayonun İrəvanlı kənd sakini, 1981-ci il təvəllüdlü Mahmudov Elcan Elburus oğlu hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Xəbərə aid fotolar