Coğrafiya İnstitutu: Badamdarda quyuların qazılması yolu ilə qrunt suları çıxarılsa, sürüşmə dayanacaq


Digərləri 17 Okt 2018 16:04:00 208 0

Coğrafiya İnstitutu: Badamdarda quyuların qazılması yolu ilə qrunt suları çıxarılsa, sürüşmə dayanacaq

Badamdarda quyuların qazılması yolu ilə qrunt suları çıxarılsa, sürüşmə dayanacaq

Bakı. İlhamə İsabalayeva - Hazırda Bakıda 150 mindən çox insan böyük sürüşmə sahələrində yaşayır, lakin bu say getdikcə daha da artır. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri Nəriman Paşayev deyib. N.Paşayevin sözlərinə görə, insanların təbiətə müdaxiləsi sürüşmə sahələrinin sayını artırır: “Bakının sürüşmə zonalarına olan təzyiq gündən-günə artır. Ümumiyyətlə, Bayıl və 20-ci sahənin sürüşməyə meyilli ərazilərindən əhalini köçürmək lazımdır, çünki həmin ərazilər çox yüklənib. Xüsusilə Bayıl yamacında meyillilik çox olduğu üçün həmin ərazilər boşaldılmalıdır. Orada kanalizasiya şəbəkəsi də tam qurulmadığına görə yamacın dayanıqlığını saxlamaq mümkün deyil”. Şöbə müdiri Badamdarda hazırda aktivlik müşahidə edilən sürüşmə ərazisinin gilli süxurlardan ibarət olduğunu qeyd edərək bildirib ki, orada quyuların qazılması yolu ilə qrunt suları çıxarılsa, sürüşmə dayanacaq.