Sürüşmə sahəsində xırda çatların ölçüləri artıb


Digərləri 17 Okt 2018 15:21:00 251 0

Sürüşmə sahəsində xırda çatların ölçüləri artıb

Badamdarda sürüşmə sahəsində monitorinqlər davam etdirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Son.az-a verilən məlumata görə, sürüşmə zonasında saat 15:00-a olan monitorinqin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır. Sürüşmə sahəsində asılı vəziyyətdə qalan tikilinin altındakı torpaq qatı artıq uçqun vəziyyətindədir. Tikilinin hərəkət etmə ehtimalı var.

Ərazidə müşahidə olunan xırda çatların ölçüləri nəzərəçarpacaq dərəcədə artıb.