Rusiyalı müğənni qonşusuna görə döyüldü


Digərləri 17 Okt 2018 15:25:00 206 0

Rusiyalı müğənni qonşusuna görə döyüldü

Rusiyanın tanınmış"Маша и медведи" qrupunun keçmiş solisti, müğənni Mariya Makarova döyülüb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ifaçının yaşadığı Moskva şəhərində baş verib. 

Məlum olub ki, Mariyanın qonşusu, əməkdar incəsənət xadimi Aleksandr Külgin problemlə üzləşib. Belə ki, xanımı vəfat edən musiqiçinin mənzilinin yarısının başqa şəxslərə məxsus olduğu ortaya çıxıb.