Həyatını dəyişən adam:


Digərləri 17 Okt 2018 15:02:00 254 0

Həyatını dəyişən adam:

Yeddi il keçib artıq. Zərif, nərmənazik qızdan saqqallı kişiyə çevrilmişəm. Əla, kürən saqqalım var. Arzuma daha da yaxınlaşmışam. Arzum tərs və şəhvətli baxışlardan çəkinməyərək çimməkdir.

Son.az bildirir ki, ABŞ-ın Missuri ştatındakı Sent-Lüis şəhərində yaşayan 29 yaşlı Harrison Massi belə deyir. Bir çox transgenderlər kimi o, "əvvəlki" qadın adını söyləmək istəmir.

7 il əvvəl o, cinsini dəyişməyə, kişi olmağa qərar verib və testosteron inyeksiyaları vurmağa başlayıb.

2011-ci ildə 22 yaşlı Harrison rəfiqəsi, fotoqraf Sara Svetiyə qadın olmaqdan bezdiyini söyləyib.

Massinin dostları təəccüblənməyiblər, çünki onun istəklərindən və yaşam mövqeyindən xəbərdardılar.

Harissonun 60 yaşlı atası da onu dəstəkləyir: "Onu çox sevmişəm və indi də belədir. Qızım cinsini dəyişib oğlan olmaq istəyəndə anlayışla qarşıladım".

Massinin anası isə fərqli düşünür: "Əvvəlcə mənə belə gəldi ki, sanki övladım ölür. Lakin zaman keçdikcə anladım ki, münasibətlərdə heç nə dəyişmir. O, övladımdır".


Xəbərə aid fotolar