Bakının mərkəzində yol çökdü FOTO


Digərləri 17 Okt 2018 15:03:00 255 0

Bakının mərkəzində yol çökdü  FOTO

Bakıda yolda çökmə hadisəsi baş verib.

Son.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, hadisə paytaxtın Səməd Vurğun küçəsində baş verib:

"Həmin yolun kənarında tikinti şirkəti hündürmərtəbəli bina tikir. Bina tikintisi zamanı istinad svayları vurulmayıb. Nəticədə yolun kənarında 3 metr enində, 60 metr uzunluğunda yer çöküb. Ərazidə hərəkət dayanmayıb. Hazırda dəymiş ziyan öyrənilir".


Xəbərə aid fotolar