Badamdarda sürüşmə sahəsində müşahidə olunan xırda çatların ölçüləri nəzərəçarpacaq dərəcədə artıb


Digərləri 17 Okt 2018 15:06:00 221 0

Badamdarda sürüşmə sahəsində müşahidə olunan xırda çatların ölçüləri nəzərəçarpacaq dərəcədə artıb

Badamdarda sürüşmə sahəsində monitorinqlər davam etdirilir.

Bakı. Badamdarda sürüşmə sahəsində monitorinqlər davam etdirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Trend-ə verilən məlumata görə, sürüşmə zonasında saat 15:00-a olan monitorinqin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır. Sürüşmə sahəsində asılı vəziyyətdə qalan tikilinin altındakı torpaq qatı artıq uçqun vəziyyətindədir. Tikilinin hərəkət etmə ehtimalı var.