Nazirlik birdəfəlik ödəməni almadığını deyən ailənin sənədlərini yaydı FOTO


Digərləri 17 Okt 2018 14:53:00 212 0

Nazirlik birdəfəlik ödəməni almadığını deyən ailənin sənədlərini yaydı  FOTO

Bir neçə gün əvvəl qafqazinfo-ya müraciət edən şəhid vərəsəsi Səlminaz Allahyarova oğlu və qardaşı üçün nəzərdə tutulmuş birdəfəlik ödəməni ala bilmədiyindən şikayət etmişdi. S. Allahyarova daha öncə onlara Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığorta ödənişi olunmadığını iddia edib,  "deyirlər pulu ərin alıb, o da oğlumdan qabaq ölüb" deyə bildirib.

Son.az sözügedən sayta istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov müraciətinin araşdırıldığını və Səlminaz Allahyarovaya sığorta ödənişinin verildiyinin sənədlər əsasında təsdiqini tapdığını bildirib.

Belə ki, Zaqatala rayon dövlət notariat kontoru tərəfindən1997-ci il 15 oktyabr tarixində reyestrdə qeydiyyata alınmış "Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə"yə əsasən şəhid Allahyarov Hüseyn Ələkbər oğlunun vərəsəsi kimi anası Allahyarova Səlminaz Cavad qızı "Şəhid ailəsi üçün 50000 manat sığorta pulu", eyni zamanda 1998-ci il 28 dekabr tarixində reyestrdə qeydiyyatda alınmış "Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə"yə əsasən "Özəlləşdirmə payı almaq üçün" vərəsəlik əmlakı üzrə vərəsə müəyyən olunub.


Xəbərə aid fotolar