Paşinyan baş nazir postuna namizəd olmayacaq


Dünya 17 Okt 2018 14:35:00 235 0

Paşinyan baş nazir postuna namizəd olmayacaq

Növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün dünən postundan istefa verən Nikol Paşinyan seçkilər keçirilənə qədər baş nazir postuna namizəd olmayacaq.

Son.az modern.az-a istinadən xəbər verir ki, Paşinyan hüquqşünaslarla məsləhətləşərək, parlamentin baş nazir seçəcəyi prosedura qatılmayacağını deyib.

"Bu, siyasi yox, hüquqi məsələdir və hüquqşünaslar arasında debatlar gedir. Dünən günün ikinci yarısına olan rəyə görə, namizədliyimi irəli sürməyim doğru qərar olmazdı".

Xatırladaq ki, Ermənistan parlamenti yaxın 2 həftə ərzində baş nazir seçməlidir. Əgər hər 2 müzakirə zamanı baş nazir seçilməzsə, ölkə prezidenti növbədənkənar parlament seçkiləri təyin edəcək.

Beləliklə, Ermənistanda növbədənkənar parlament seçkiləri prosesi başlanıb.