Tbilisidə qaçqınların yaşadığı binada yanğın olub


Dünya 17 Okt 2018 14:25:00 233 0

Tbilisidə qaçqınların yaşadığı binada yanğın olub

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin Tsabadze küçəsində qaçqın ailələrinin yaşadığı binada yanğın olub.

Son.az report-a istinadən xəbər verir ki, yanğın binanın ikinci mərtəbəsi və dam örtüyünü əhatə edib.

Hadisə yerinə 7 yanğınsöndürən maşın cəlb olunub. Yanğın nəticəsindən 150 kv. metr sahə yanıb. Yanğın artıq lokallaşdırılıb.