Fidan məşhur fransız müğənnidən dəstək istədi


Kriminal 17 Okt 2018 13:53:15 313 0

Fidan məşhur fransız müğənnidən dəstək istədi

Bu il Azərbaycanı "Uşaq Avroviziya-2018" mahnı müsabiqəsində Fidan Hüseynova təmsil edəcək.

Son.az xəbər verir ki, bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətində "Uşaq Avroviziya-2018" mahnı müsabiqəsi ilə bağlı növbəti konfrans keçirilib. Konfransda təmsilçimizin müsabiqədə ifa edəcəyi mahnı və mahnıya çəkilən promo klip mediaya təqdim olunub.

Fidanın ifa edəcəyi mahnının müəllifi tanınmış bəstəkar İsa Məlikov və ifaçımız özüdür. "Sənin kimi olmaq" - "I wonna be like you" adlanan bəstənin sözləri Azərbaycan dilində Aytən İsmixanovaya, ingilis dilində Elvira Miçiyevaya məxsusdur.

Qeyd edək ki, mahnıda Fidan Hüseynova öz arzularından və xəyali qəhrəmanlarından söz açır. Təmsilçimiz ifası zamanı kimliyini açıqlamadığı qəhrəmana bənzəmək üçün məqsədinə doğru necə addımlamağından danışır.