Pompeo: “Qaşıqçının itkin düşməsində əli olan yüksək səviyyəli məmurlar məsuliyyətə cəlb ediləcəklər”


Dünya 17 Okt 2018 13:47:00 238 0

Pompeo: “Qaşıqçının itkin düşməsində əli olan yüksək səviyyəli məmurlar məsuliyyətə cəlb ediləcəklər”

Jurnalistin itkin düşməsinin araşdırılması şəffaf olacaq, iştirakçılar, o cümlədən yüksək səviyyəli məmurlar da məsuliyyətə cəlb ediləcəklər.

Son.az report-a istinadən xəbər verir ki, bunu oktyabrın 17-də Ankarada Türkiyə rəhbərliyi ilə danışıqlar aparan ABŞ-ın dövlət katibi Maykl Pompeo bildirib.  

O əlavə edib ki, rəsmi əl-Riyad Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda itkin düşən jurnalist Camal Qaşıqçı ilə bağlı məsələnin sonadək araşdırılmasında maraqlıdır: "Səudiyyə Ərəbistanı hadisədə əli olan hər kəsi həbs etməyi planlaşdırır".