Saakaşvili qətldə suçlanır


Dünya 17 Okt 2018 13:26:00 247 0

Saakaşvili qətldə suçlanır

"İş adamı, milyarder Badri Patarkasişvilinin qətlinə hazırlığa sanksiyanı Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili verib".

Son.az RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Gürcüstan Prokurorluğunun yaydığı məlumatda deyilir.

Prokurorluq güman edir ki, Patarkasişvilini dərhal ölümə səbəb olan maddə ilə zəhərləyiblər: "Məhkəmənin qərarı ilə sabiq məmurlar, DİN-nin əməkdaşları N.M., L.K. və R.Ş. xüsusi ağırlaşdırıcı hallarda qətl hazırlamaqda və vəzifə səlahiyyətlərindən sui-istifadədə suçlanaraq tutulublar".

M.Saakaşvilinin müxalifi olmuş iş adamı B.Patarkasişvili 2008-ci ilin fevralın 12-də, İngiltərənin Surrey qraflığındakı Lezerhed şəhərində olan evində vəfat edib.