Dünya Bankı Azərbaycan iqtisadiyyatı üzrə ortamüddətli proqnozu açıqlayıb


Digərləri 17 Okt 2018 13:12:00 208 0

Dünya Bankı Azərbaycan iqtisadiyyatı üzrə ortamüddətli proqnozu açıqlayıb

Dünya Bankı Azərbaycanda inflyasiyanın səviyyəsinin 3 faizdən aşağı saxlanacağını gözləyir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə bankın saytında dərc olunmuş məlumatda deyilir.

Qeyd olunur ki, ortamüddətli perspektivdə Azərbaycan iqtisadiyyatı qaz ixracı və ÜDM-in artımının sürətlənməsi nəticəsində möhkəmlənəcək.

Azərbaycanda qeyri-neft sektorunun orta hesabla 2,7 faiz səviyyəsində gözlənilən artımı neftin qiymətinin sabitləşməsinə, bazara inamın artmasına və bank sektorunun fəaliyyətinin yaxşılaşmasına imkan verəcək.