Nəzir toplamaq üçün terminallar quraşdırıldı FOTO


Dünya 17 Okt 2018 13:13:00 251 0

Nəzir toplamaq üçün terminallar quraşdırıldı  FOTO

Hər bir məscidin qarşısında insanların sədəqə ödəməsi üçün terminalların quraşdırılmasına başlanılıb.

Son.az femida.az-a istinadən xəbər verir ki, bu haqda Qazaxıstanın "KTK" kanalı xəbər yayıb. Söhbət ölkənin Aktobe şəhərindən gedir. Şəhərin baş məscidinin önündə sədəqə və nəzirlərin qəbul edilməsi üçün ödəniş terminalı quraşdırılıb. Telekanalın verdiyi xəbərə görə, indiyədək girişin qarşısında yalnız bir elektron terminal qoyulub. Cihaz ödənilən məbləğin xüsusi hesaba köçməsi haqda pul qəbzi verir ki, bu da audit komissiyası üzvləri tərəfindən ciddi şəkildə nəzarətdə saxlanılır. Təbii ki, bu prosesə elektron sistem vasitəsilə dövlətin vergi və digər orqanları tərəfindən də ciddi nəzarət edilir.

Əgər vətəndaşlara bu şəkildə sədəqə vermək xoş gələcəksə, nəzir terminallarının sayı artırılacaq.


Xəbərə aid foto