Azərbaycan Beynəlxalq Bankı yeni imic çarxını təqdim etdi


Digərləri 17 Okt 2018 13:15:00 232 0

Azərbaycan Beynəlxalq Bankı yeni imic çarxını təqdim etdi

Azərbaycan Beynəlxalq Bankı "Ölkəmin bankı" konsepti çərçivəsində, "Birlikdə dəyər yaradırıq!" şüarı altında hazırlanmış yeni imic çarxını ictimaiyyətə təqdim edib. Videoçarx Azərbaycan həyatında mühüm rola malik bu bankın dünənini, bugünkü inkişaf dövrünü və gələcəyə baxışlarını əks etdirir.

Burada müasir dövlət bankı olaraq Azərbaycan Beynəlxalq Bankının, reallaşmasında yaxından iştirak etdiyi irimiqyaslı layihələrə, universal bank kimi ölkənin hər yerində ən müxtəlif müştəri seqmentləri üçün yaratdığı çeşidli imkanlara diqqət yönəlir. Bankın öz geniş xidmət şəbəkəsi ilə hər kəs üçün əlçatanlığı, müştəriyönümlülüyü, bütün ölkə insanlarının doğma bankı olması vurğulanır.

Bu doğmalığı əks etdirməkdən ötrü orijinal bir tərz seçilib. Belə ki, imic çarxı bankın 1997-ci ildə quraşdırdığı birinci bankomatının dilindən maraqlı hekayətin nəqli ilə başlanır. Bu, həm də ölkəmizin birinci milli prosessinq mərkəzi (Azərikard) üzərindən xidmət göstərən və Azərbaycan dövlətinə məxsus olan ilk bankomatdır. Birlikdə yaşanan zamana bu bankomatın nəzərləri ilə baxılır. Ölkəmizin insanları ilə birgə yaradılan dəyərlər simvollaşdırılır.

Videoçarxda unudulmaz bəstəkarımız Asəf Zeynallının "Ölkəm" əsərindən istifadə edilməsi onun məzmununu daha da gücləndirir. Yeni aranjimanda təqdim olunan musiqi, mətn və təsvir həlli ilə ümumi harmoniya yaradır.