DİN yeni nəsil şəxsiyyət vəsiqələri ilə bağlı məlumat yayıb


Digərləri 17 Okt 2018 13:06:00 275 0

DİN yeni nəsil şəxsiyyət vəsiqələri ilə bağlı məlumat yayıb

DİN yeni nəsil şəxsiyyət vəsiqələri ilə bağlı məlumat yayıb.

Bakı. Samir Əli - Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi yeni nəsil şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında (çipində) yerləşdirilən məlumatların oxunmasına dair bəzi məsələlərə aydınlıq gətirib. İdarədən Trend-ə bildirilib ki, cari il sentyabrın 1-dən ölkədə yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılıb və qanunvericiliyə əsasən onun əsas özəlliklərindən biri də həmin sənəd sahibinin yaşayış yeri, ailə vəziyyəti və hərbi vəzifəsi barədə dəyişə bilən məlumatların elektron daşıyıcıda (çipdə) yerləşdirilməsidir. Şəxsiyyət vəsiqəsinin çipində göstərilən məlumatların oxunması üçün nəzərdə tutulmuş xüsusi fayllar ötən aydan Daxili İşlər Nazirliyinin, eləcə də Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin saytlarında yerləşdirilərək istifadə qaydası barədə ətraflı məlumat verilsə də, təəssüf ki, əksər istifadəçilər elektron şəxsiyyət vəsiqəsi məlumatlarının oxunması üçün zəruri tədbirlərin görülməsinə nədənsə təşəbbüs göstərmir, nəticədə onlara həmin sənədlə müraciət edən vətəndaşlara xidmət göstərə bilmədiklərinə görə sonuncuların haqlı narazılığına şərait yaradırlar.