Bakıda aptekdə əczaçını bıçaqla hədələyərək kassadan 2000 manat pul götürən şəxs saxlanılıb (FOTO)


Digərləri 17 Okt 2018 12:51:12 224 0

Bakıda aptekdə əczaçını bıçaqla hədələyərək kassadan 2000 manat pul götürən şəxs saxlanılıb (FOTO)

Paytaxtın Yasamal rayonunda quldurluq hadisəsi baş verib

Bakı. Paytaxtın Yasamal rayonunda quldurluq hadisəsi baş verib. DİN-dən Trend-ə verilən məlumata görə, rayonun M.Həsənov küçəsində yerləşən apteklərdən birində əczaçı işləyən Hilal Həsənov Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinə müraciət edərək bildirib ki, tanımadığı şəxs ona bıçaqla hədə-qorxu gələrək obyektin kassasından 2000 manat pulu quldurluq yolu ilə ələ keçirərək hadisə yerindən qaçıb.