Sürüşmə aktivləşib


Digərləri 17 Okt 2018 12:44:00 260 0

Sürüşmə aktivləşib

Badamdarda sürüşmə sahəsində monitorinq və müşahidələr aparılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Son.az-a verilən məlumata görə, sürüşmə zonasında saat 12:00-a olan monitorinqlərin nəticəsinə əsasən gecədən yağan yağış ərazidə aktivlik dinamikasını artırıb.

Yağan yağış asılı qalmış torpaq qatında kütlələrin islanaraq ağırlaşması nəticəsində yamac boyu hərəkəti artırıb.

Hava şəraiti ilə əlaqədar uçqunların davam edəcəyi gözlənilir.