Türkiyəli nazir: "BakıTbilisiQars vasitəsilə yük daşımaları 3 milyon tona çatdırılacaq"


Dünya 17 Okt 2018 12:45:00 253 0

Türkiyəli nazir: "BakıTbilisiQars vasitəsilə yük daşımaları 3 milyon tona çatdırılacaq"

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu vasitəsilə Türkiyə, Azərbaycan və Qazaxıstan arasında hər həftə 3 yük reysi həyata keçirilir.

Son.az xəbər verir ki, bunu Trend-ə Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan deyib.

Onun sözlərinə görə, Türkiyə BTQ vasitəsilə Azərbaycan, Gürcüstan, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Rusiya kimi ölkələrə tikinti materialları, yuyucu vasitələr, ərzaq və kənd təsərrüfatı məhsulları ixrac edir və öz növbəsində, taxıl, dəmir və sink idxal edir.

Nazir onu da qeyd edib ki, dəmir yolunun istifadəyə verildiyi gündən 102 konteyner qatarı ilə 100 min ton yük daşınıb: