Yasamalda avtoxuliqanlıq edən 20 gün inzibati qaydada həbs edilib


Digərləri 17 Okt 2018 12:27:35 206 0

Yasamalda avtoxuliqanlıq edən 20 gün inzibati qaydada həbs edilib

Yasamal rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək yolda digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradan sürücünü saxlayıb.

Bakı. Yasamal rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək yolda digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradan sürücünü saxlayıb. DİN-dən Trend-ə verilən məlumata görə, sürücü Elçin Əhmədov 99-GB-678 dövlət nömrə nişanlı “BMV” markalı avtomaşınla Cəfər Cabbarlı küçəsində, həmçinin İnşaatçılar prospektində təhlükəli manevrlər edib. O, avtomobili yüksək sürətlə sürərək yol hərəkət qaydalarını kobud şəkildə və davamlı olaraq pozub. Bunu aşkar edən Yasamal rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları sürücünü müşayət edərək, təhlükəsizlik qaydalarını qorumaq şərti ilə onu Cəfər Cabbarlı küçəsində saxlaya biliblər. Saxlanılarkən avtomobilin şüşələrinə bağlayaraq özünü bloqer kimi təqdim edən və yol polisini mobil telefon vasitəsi ilə videoya çəkməklə hədələyən sürücü post patrul xidməti əməkdaşları tərəfindən avtomobildən çıxarılıb.