Bayılda sürüşmə olub, bir ev tamamilə dağılıb


Digərləri 17 Okt 2018 12:15:00 203 0

Bayılda sürüşmə olub, bir ev tamamilə dağılıb

Bibiheybət yolunda qoruyucu divarın daşları asfalt üzərinə tökülüb.

Bakı. İlhamə İsabalayeva - Bakının Səbail rayonu, Bayıl qəsəbəsinin Amfiteatr ərazisində, Buxta küçəsində riskli zonanın hüdudları daxilində yenidən uçqun tipli sürüşmə hadisəsi baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sürüşmənin səbəbi təbii amillər deyil, texnogen səbəblərdir. Sürüşmə nəticəsində 9 nömrəli evdə uçqun prosesi baş verib və ev tamamilə dağılıb. Yaxınlıqda yerləşən bir neçə evin divarlarında çatlar müşahidə olunur.