Bakıda itlərin parçalamaq istədiyi uşaq oğurlanıb


Digərləri 17 Okt 2018 11:52:20 282 0

Bakıda itlərin parçalamaq istədiyi uşaq oğurlanıb

Bakıda iki yaşlı qız uşağınının qohumları üzə çıxıb.

Son.az xəbər verir ki, özünü itlərin parçalamaq istədiyi uşağın bibisi və nənəsi kimi təqdim edən iki qadın "Səni axtarıram"a gəlib.

Adı Lalə olduğu üzə çıxan azyaşlının nənəsi "Anası rayonda ruhi xəstədi. Uşağa mən baxıram" deyib.

Azyaşlının bibisi olduğunu qeyd edən gənc qadın isə "Mən işdə olmuşam. Nənəsi uşağa pampers almaq üçün mağazaya gedib. Qayıdanda uşağın evdə olmadığını görüb. Bizə Laləni təxminən 20 yaşlarında Əminə adlı qızın oğurladığını dedilər" sözləri ilə hər kəsi təəccübləndirib.

Tamaşaçılar və ekspertlər ikinci şoku efirə zəng edən tamaşaçının açıqlaması zamanı yaşayıblar:

"Bu sarı saçlı qadın "Neftçilər" tərəfdə bir neçə azyaşlı uşağı diləndirir".

Uşağı gecə saatlarında küçədə itlərin əhatəsində tapan Ülvi adlı şəxs:

"Səhərə yaxın, saat təxminən 5-ə işləyərdi, 5-in yarısı idi. İtlər möhkəm hürməyə başladılar evimizin yaxınlığında. Qaçdım bayıra. Gördüm ki, təxminən 10 it uşağı əhatəyə alıb, parçalamağa hazırlaşırlar. Onları qovdum, uşağı da götürüb yaxınlıqdakı polis bölməsinə aparıb təhvil verdim".  

Məhəmməd Vaqif Son.az

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid fotolar