Qarabağ-la oyuna ən ucuz biletlər


İdman 17 Okt 2018 11:34:00 231 0

Qarabağ-la oyuna ən ucuz biletlər

Ukraynanın Vorskla klubunun Qarabağla Avropa Liqasında keçirəcəyi ev oyununu xeyli aşağı məbləğə izləmək olar.

Goal.az-ın məlumatına görə, satışa biri 50 qrivnaya (təqribən 3 manat) olan biletlər çıxarılıb. Həmin biletlər 25 - 30-cü sektorlar (qapı arxası) üçündür.

Halbuki, Vorskla-nın noyabrın 29-da İngiltərə Arsenal-ı ilə keçirəcəyi qrupdakı son ev oyununun biletləri 200 - 350 qrivnayadır. Daha əvvəl Portuqaliya Sporting-i ilə görüşü endirimlə 100 qrivnaya izləmək mümkün olub. Oktyabrın 20-də Kiyev Dinamo-su ilə nəzərdə tutulan Ukrayna çempionatı qarşılaşmasına isə bileti 20 - 60 qrivnaya almaq mümkündür.

Qeyd edək ki, noyabrın 8-də Poltavada Aleksey Butovski adına stadionda keçiriləcək Vorskla- Qarabağ matçı Bakı vaxtı ilə saat 24:00-da başlanacaq. (Report)