Adnan Oktarın villasından geriyə bu dağıntılar qaldı VİDEO


Dünya 17 Okt 2018 10:43:00 262 0

Adnan Oktarın villasından geriyə bu dağıntılar qaldı  VİDEO

Türkiyədə təriqət lideri, müxtəlif cinayətlərdə ittiham edilərək həbs edilən Adnan Oktarın İstanbulun Qandilli səmtindəki villası sökülüb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, 2 həftə öncə start verilən söküntü işləri nəticəsində ərazidəki bütün qanunsuz tikililər dağıdılıb.

Hazırda dağıntıların daşınaraq ərazidən çıxarılır.

Bir zamanlar Adnan Oktarın "kediciklər" adlandırdığı "müridləri" ilə lüks həyat yaşadığı villadan isə geriyə qalan mənzərə səmadan çəkilişlə görüntülənib.

Xatırladaq ki, 11 iyulda səhər saatlarında İstanbul daxil olmaqla, eyni anda 4  ünvanda keçirilən xüsusi əməliyyatla Adnan Oktarla yanaşı 235 müridi də saxlanılmışdı.