Almaniyada Bakı Metropoliteninin diaqnostika sahəsində təcrübəsi nümayiş etdirilib (FOTO)


Digərləri 17 Okt 2018 10:02:00 204 0

Almaniyada Bakı Metropoliteninin diaqnostika sahəsində təcrübəsi nümayiş etdirilib (FOTO)

Almaniyanın paytaxtı Berlində nəqliyyat innovasiyalarına həsr olunmuş nüfuzlu beynəlxalq "İnnotrans" sərgisi keçirilib.

Bakı. Samir Əli - Almaniyanın paytaxtı Berlində nəqliyyat innovasiyalarına həsr olunmuş nüfuzlu beynəlxalq "İnnotrans" sərgisi keçirilib. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun Trend-ə verdiyi məlumata görə, əsasən, dəmiryolu nəqliyyatında son yeniliklərin nümayiş etdirildiyi sərgidə metropolitenin istismarı, tunel tikintisi sahəsındə yeni texnologiyalar üstünlük təşkil edib. Ümumi uzunluğu 3500 m-ə bərabər olan relslər üzərində lokomotivlər, müxtəlif dəmir yolu avadanlığı və qurğuları nümayiş etdirilib. “Bakı Metropoliteni” QSC-nin 5 nəfərdən ibarət nümayəndə heyəti sərgidə təqdim edilən yeniliklərlə tanış olub. "Bakı Metropoliteni" QSC-nin mütəxəssisləri bu sərgidə nümayiş etdirilən dəmir yollarına texniki xidmət, işarəvermə, rabitə, tunel tikintisi texnologiyaları, hərəkətin təşkili, sərnişinlərə xidmət sahəsində son yeniliklərlə maraqlanıblar.