Milli Oftalmologiya Mərkəzi ADA Universitetində tibbi aksiya keçirəcək


Digərləri 17 Okt 2018 09:27:47 211 0

Milli Oftalmologiya Mərkəzi ADA Universitetində tibbi aksiya keçirəcək

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası oktyabrın 18-19-da ADA Universitetində tibbi aksiya keçirəcək.

Bakı. İlhamə Isabalayeva - Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası oktyabrın 18-19-da ADA Universitetində tibbi aksiya keçirəcək. Mərkəzin elmi təşkilat bölməsinin rəhbəri Yazgül Abdıyeva Trend-ə bildirib ki, Səyyar Klinika ADA Universitetində 2 gün ərzində tələbələrə və müəllim heyətinə tibbi xidmət göstərəcək. Aksiyanın məqsədi pasiyentlərin səhhətləri ilə bağlı olan problemlərin həllinə kömək göstərmək, eyni zamanda göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə və həll etməkdir.