Buker mükafatının laureatı məlum olub
Digərləri 17 Okt 2018 08:55:00 243 0
Britaniyalı yazıçı Anna Berns Buker mükafatının qalibi seçilib. Son.az Trend-ə istinadən bildirir ki, mükafat "Milkman" romanına görə verilib.
Qeyd edək ki, Berns Buker mükafatını Şimali İrlandiyadan alan ilk yazıçıdır. "Milkman" 1962-ci ildə anadan olmuş Bernsin dördüncü romanıdır.
Mənbə: milli.az