İspaniyada "Ginnesin rekordlar kitabı"na düşən iki rekord qeydə alınıb


Digərləri 17 Okt 2018 08:33:00 424 0

İspaniyada "Ginnesin rekordlar kitabı"na düşən iki rekord qeydə alınıb

Bu yaxınlarda İspaniyanın Toledo şəhərində iki rekord qeydə alınıb. Belə ki, dünyanın ən böyük yeməyi olan əllə doğranmış İberiya xamonu və onu birgə doğrayan 120 peşəkar işçi "Ginnesin rekordlar kitabı"na düşüblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, dağınıq sklerozdan əziyyət çəkənlərin yerli cəmiyyəti üçün keçirilən tədbir "Embutidos España" assosiasiyasının Torrixos meriyası ilə əməkdaşlığı şəraitində təşkil edilib.

Şəhərin əsas meydanında 500 kiloqram çəkisi olan nəhəng xamon masanın üzərinə qoyulub. Beləliklə, 2016-cı ildə Toledoda qeydə alınmış rekord təzələnib. Həmin vaxt bu şəhərə İspaniyanın qastronomik paytaxtı titulu verilməsi münasibətilə əllə doğranmış 392 kiloqramlıq xamon təqdim olunmuşdu.