Həkimlər xərçəngin yeni müalicəsini tapdılar


Digərləri 17 Okt 2018 08:26:00 240 0

Həkimlər xərçəngin yeni müalicəsini tapdılar

Finlandiyanın Helsinki və Uusimaa vilayətlərində yeni müalicə üsulunun sınaqları keçirilib.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, alimlər yeni üsulla xərçəng xəstəliyinə qalib gəlməyi düşünürlər. Bu barədə "Yle" nəşriyyatı xəbər yayıb.

Bildirilir ki, yeni üsula əsasən xəstədən leykosit nümunəsi götürülür, genetik dəyişiklik edilir, xərçəng hüceyrələri məhv edilir. Həkimlərin fikrinə görə yeni üsulun köməyi ilə qan və limfosarkoma xərçənginin müalicəsində stabil nəticələr əldə etmək mümkün olacaq.