Tarixi ada satışa çıxarılıb


Digərləri 17 Okt 2018 08:19:00 225 0

Tarixi ada satışa çıxarılıb

İngiltərənin tarixi Dreyk adası 6 milyon funt (7,8 milyon dollara) satışa çıxarılıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, altı hektarlıq adada fransız və ispanların hücumundan qorunmaq üçün XVI əsrdən inşa edilən bir qala, tunel və gəmilərin yanaşması üçün liman var.

Adanın adı 1577-ci ildən dünya səyahətinə çıxmış admiral Frensis Dreykin adı ilə bağlıdır.

Keçmişdə həbsxana olaraq istifadə edilən adada, bir kilsə və bir idman təlim mərkəzi var.