Hindistan xaricdən aldığı neftin dəyərini rupi ilə ödəmək istəyir


Dünya 17 Okt 2018 08:07:00 258 0

Hindistan xaricdən aldığı neftin dəyərini rupi ilə ödəmək istəyir

Hindistan dünya bazarında xam neftin qiymətinin qalxmasından narahatdır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Baş nazir Narendra Modi neft hasil edən ölkələrin müvafiq dövlət rəsmilərinin, yerli və xarici şirkətlərin rəhbərlərinin iştirak etdikləri enerji forumunda neftin qiymətlərinin ödənilməsində yeni metodlar axtardıqlarını deyib.

Bildirilir ki, son bir neçə Hindistan valyutası rupinin 14,5 faiz dəyər itirməsi nəticəsində ölkəyə idxal olunan neftin qiyməti daha da yüksək olub.