Vikinqlərin yerə gömülmüş gəmisi aşkar edilib


Digərləri 17 Okt 2018 07:48:00 264 0

Vikinqlərin yerə gömülmüş gəmisi aşkar edilib

Norveçdə bir qrup arxeoloq vikinqlərin məzarlığını və yarım metr dərinlikdə "basdırılmış", uzunluğu 20 metrdən çox olan bir gəmi aşkar ediblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, gəmi Norveç Mədəni İrs İnstitutunun əməkdaşları tərəfindən xüsusi yaradılmış qurğunun köməyi ilə ölkənin cənub-şərqində aşkar edilib.

Bu qurğunun sayəsində həmin yerdə hələ qazıntı işləri başlanmadan gəminin formasını və ölçülərini müəyyən etmək mümkün olub. Norveçli tədqiqatçılar aydınlaşdırıblar ki, gəminin aşağı hissəsi zədələnməyib. Alimlərin fikrincə, bu gəmi 1000 ildən çox bundan əvvəl torpaq altında qalıb. Beləliklə, vikinqlərin indiyə qədər tapılmış ən böyük gəmilərindən biri haqda söhbət gedir.