London və Budapeşt küçələrində havanın çirklənmə səviyyəsi eynidir


Dünya 17 Okt 2018 07:35:00 242 0

London və Budapeşt küçələrində havanın çirklənmə səviyyəsi eynidir

Budapeştdə səs-küydən uzaq parkda gəzişməkdən və skamyalarda oturub dincini almaqdan yaxşı heç nə yoxdur! Amma digər tərəfdən, məlumatlar göstərir ki, bu cür istirahət insanların sağlamlığına ziyan vurur. Havanın çirklənmə səviyyəsi güclü olduğuna görə Budapeşt küçələrində birgünlük gəzinti 3 siqareti çəkməyə bərabərdir.

Avropa Nəqliyyat və Ətraf Mühit Federasiyasının son tədqiqatlarının nəticələrinə görə, havanın çirklənməsinin sağlamlığa vurduğu ziyan siqaretçəkmənin sağlamlığa təsiri ilə müqayisə oluna bilər. Son.az AZƏRTAC-a istinadən bildirir ki, tədqiqat Avropanın ən populyar şəhərlərində istirahət edən turistlərin üzləşdikləri risklər barədə onları məlumatlandırmaq məqsədi daşıyıb.

Avropa şəhərləri arasında paralel havanın çirklənməsinin ən yayılmış göstəricisi olan xırda hissəciklərin (PM2.5) miqdarı əsasında aparılıb.

Tədqiqatın nəticələrinə görə, turistlərin London və Budapeşt küçələrində sadəcə bir gün gəzişməsi 3 siqaret, Parisdə 2 siqaret, Praqada 4 siqaretçəkməyə bərabərdir.