Həftənin ən şıq ulduzları FOTO


Digərləri 17 Okt 2018 07:28:00 351 0

Həftənin ən şıq ulduzları  FOTO

Moda yerində durmur, o, bizim maraqlarımız və üstünlüklərimizdən asılı olmayaraq, daim və aktiv şəkildə inkişaf edir. Dəb o qədər vəfasızdır ki, qadınlar və kişilər hər mövsüm qarderoblarını yeniləmək məcburiyyətində qalır.

Modelyerlərin hazırladığı yeni kolleksiyalarının alıcıları bir qayda olaraq Hollivud və dünya ulduzlarıdır. Məşhur müğənnilər və aktrisalar moda sənayesində baş verən hadisələrin gedişatını izləyərək daima dəbin nəbzini tutmağa və trendlərə uyğun dəstlər yaratmağa müvəffəq olur.

Son.az xəbər verir ki, Böyük Britaniya kraliçası II Yelizavetanın nəvəsi şahzadə Yevgeniyanın toyu keçən həftənin əlamətdar moda hadisəsi oldu. Məsələ ondadır ki, kino, moda və musiqi dünyasının bir çox görkəmli siması şıq libaslarını Yevgeniyanın toyunda nümayiş etdirərək bir-biri ilə dəb yarışına girib. Xüsusilə Aktrisa Demi Murla model Kara Delevin klassik seçimləri ilə diqqət çəkiblər.