Heydər Əliyev Sarayında İqor Ponomarenkonun orkestrinin konserti olub (FOTO/VİDEO)


Digərləri 17 Okt 2018 03:32:00 288 0

Heydər Əliyev Sarayında İqor Ponomarenkonun orkestrinin konserti olub (FOTO/VİDEO)

İqor Ponomarenkonun rəhbərliyi ilə orkestrin ifasında “Rock Hits Show” adlı konsert proqramı təqdim edilib.

Bakı. Heydər Əliyev Sarayında Sankt-Peterburqdan olan məşhur dirijor, musiqiçi və bəstəkar İqor Ponomarenkonun rəhbərliyi ilə orkestrin ifasında “Rock Hits Show” adlı konsert proqramı təqdim edilib. Trend-in məlumatına görə, konsertdə bir-birindən maraqlı kompozisiyalar səsləndirilib - Queen, Aerosmith, Rammstein, Evanescence, Black Sabbath, Scorpions, Muse, Zemfira, DDT, Alisa, Ariya, Yuxu və sair. Orkestr tərəfindən ifa olunan bütün sevimli mahnılar, yeni zəngin bir səs əldə edir. Parlaq nəfəs alətləri, energetik simlilər və qarşısıalınmaz gitaralar, təcrübələr və emosiyalar üçün yer olan real bir rok konsertinin atmosferi yaradılıb. Konsertdə cavan solistlər də çıxış ediblər - Roman Şulga, Mikayıl Rəfiyev, İlqar Bəkirov, Aytac Orucəliyeva. İqor Ponomarenko məşhur rus musiqiçisi, dirijor, bəstəkar, IP Orchestra layihəsinin rəhbəridir. 2000-ci ilə qədər məşhur "Terem-Quartet"-in musiqiçisi kimi tanınmışdı, sonradan - "Ma.Gr.Ig.Al." qrupunu yaratdı. Dubayda Ponomarenko dirijor kimi debüt etdi - "Transformers" filminin musiqisinə yazılmış yeni "Concordia" layihəsini təqdim etdi. Rusiyada və xaricdə konsert fəaliyyəti ilə uğurla məşğuldur. Hal-hazırda rusiya (Dima Bilan, Bi-2, Moral Codeks, Leninqrad) xarici səhnədən (Ken Hensley) məşhur olan ifaçılarla əməkdaşlıq edir. Qeyd edək ki, ilk dəfə Heydər Əliyev Sarayı tamaşaçılara növbəti konsertlər haqqında məlumat bukletləri paylayıb.