Paytaxtda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib


Digərləri 17 Okt 2018 01:46:10 249 0

Paytaxtda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

Paytaxtda köməksiz vəziyyətdə qalan şəxs aşkarlanıb

Bakı. Paytaxtda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib. Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil verib.