JanKlod Yunker Praqanı kəskin tənqid edib


Dünya 17 Okt 2018 00:45:00 270 0

JanKlod Yunker Praqanı kəskin tənqid edib

Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker "Le Mond"a müsahibəsində Çexiya və bir sıra Aİ dövlətlərini miqrasiya düşərgəsində yerləşən qaçqınların, o cümlədən yaşlıların nəzarətindən kənarda qalmış uşaqların öz ərazilərində yerləşdirilməsi sahəsində tutduqları mövqelərinə görə kəskin tənqid edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Jan-Klod-Yunker vurğulayıb: "Bizdə həmrəyliyin nə olduğu barədə fikir birliyi yoxdur. Mən macarlara, çexlərə, polyaklara və başqalarına ən azından, heç olmasa valideynsiz, ailəsiz və nəzarətsiz qalmış uşaqları qəbul etmələri barədə müraciət etdim. Avropanın onları müdafiə etdiyi halda kiminsə onlardan imtina etməsini qalmaqal hesab edirəm".