Səudiyyə konsulu toxunulmazlığından istifadə edib


Dünya 16 Okt 2018 23:54:00 273 0

Səudiyyə konsulu toxunulmazlığından istifadə edib

Türkiyə hakimiyyəti Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulu Məhəmməd əl-Üteybinin müxalifətçi jurnalist Camal Qaşıqçının itkin düşməsinin araşdırılması fonunda ölkəni tərk etməsinə mane ola bilməyib.

Son.az "Report"a istinadən bildirir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının mətbuat katibi Ömər Çelik deyib.

"Diplomatların toxunulmazlıq hüququ var, onlar Vyana konvensiyasının müdafiəsi altındadırlar və onun gedişinə mane olmaq olmazdı. Türkiyə hüquqi dövlətdir. Biz baş konsulluğa baxış keçirmək üçün icazə istədik, bizə dərhal razılıq verilmədi, sonra biz onu aldıq. Biz istintaqın gedişatını yüksək həssaslıqla izləyirik", - deyə Çelik jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Türkiyə hökuməti məsələnin araşdırılmasını boş buraxmaq niyyətində deyil.