Aralıq dənizi pəhrizi dəbdə olan pəhrizdir


Digərləri 16 Okt 2018 23:35:00 267 0

Aralıq dənizi pəhrizi dəbdə olan pəhrizdir

Bu pəhriz həkim və dietoloqların tərəfindən ən çox bəyənilən pəhrizlərdən biridir. Sizə 5-günlük aralıq dənizi pəhrizinin bir variantını təqdim edirik.

Bu pəhrizi saxladıqdan əvvəl mütləq həkimlə məsləhətləşin ki, səhhətinizə zərər yetirilməsin.

1-ci gün

Səhər yeməyi

1 ədəd kivi və ½ banan 3 stol qaşığı yulaf yarması ilə qarışdırılır. Üzərinə 100 qr yağsız xama əlavə edilir və yenidən yaxşı qarışdırılır.

İkinci səhər yeməyi

½ banan əzilir və 100 qr yağsız yoqurt ilə qarışdırılır.

Nahar

50 qr kartof, 50 qr yunan qabağı, 50 qr badımcan, 50 qr qabığı soyulmuş pomidor, ½ xırda doğranılmış soğan buğda bişirilir. Üzərinə doğranılmış keşniş və 1/2 stol qaşığı zeytun yağı əlavə olunur.

İkinci nahar

1 alma və 1 kivi doğranılır, üzərinə bir qədər limon şirəsi sıxılır və şəkər əvəzedicisi  (diabet xəstələri üçün nəzərdə tutulmuş) ələvə olunur.

Şam yeməyi

100 qr bişmiş balıq + 100 qr tərəvəz salatı (pomidor, xiyar, zeytun, göyərti).

2-ci gün

Səhər yeməyi

50 qr çörək + 50 qr mosarella pendiri (və ya digər yağlılığı az olan pendir) + 1 dənə pomidor.

İkinci səhər yeməyi

100 qr yağı az olan yoqurt.

Nahar

100 qr buğda bişirilmiş quzu əti + 50 qr bişmiş düyü + tərəvəz salatı (1 bolqar bibəri, 1 pomidor, kahı,keşniş, reyhan, bir qədər zeytun yağı) + 50 qr çörək.

İkinci nahar

1/2 qreypfrut, 1 alma, 1 armud doğranılır və qarışdırılır. Üzərinə xırda doğranılmış qoz və şəkər əvəzedicisi (zövgə görə) ələvə olunur.

Şam yeməyi

1 xiyar, 1 pomidor, 1 bibər, 4-5 marinada qoyulmuş zeytun, göyərti doğranılır. Üzərinə 50 qr xırdalanmış pendir və bir qədər zeytun yağı ələvə olunur. 50 qr çörək yemək olar (istəyə görə).

3-cü gün

Səhər yeməyi

50 qr çörək + 40 qr yağı az olan vetçina.

İkinci səhər yeməyi

100 qr ananas, 1 alma, ½ banan doğranılır və qarışdırılır.

Nahar