Bakıda böyük fırıldaqçılıq baş verdi


Digərləri 16 Okt 2018 23:16:00 243 0

Bakıda böyük fırıldaqçılıq baş verdi

Faktla əlaqəli hələ ki, heç kəs həbs edilməyib

Bakıda Nərimanov rayonunda 200 min manatlıq dələduzluq baş verib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə Nərimanov rayon hüquq mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, oktyabrın 15-də rayon polis idarəsinə sahibkarlar Royal Bayramov və Ramil Zeynalov müraciət edərək, Bakı şəhər sakini 1983-cü il təvəllüdlü Quliyev Azər Dağbəyi oğlu ilə birgə biznes qurmaq məqsədi ilə bağladıqları şifahi müqaviləni göstəriblər.

Zərərçəkmişlər iddia edib ki, bu ilin iyun ayında Quliyevə 210 min manat və 2200 ABŞ dolları veriblər. Belə ki, birgə biznes üçün pulun çox hissəsini Bayramov verib.